Sosial yardım və pensiya "düzəldən" qadın ələ keçdi
Mingəçevirdə dələduzluq yolu ilə vətəndaşların 30 min manata yaxın pulunu mənimsəyən qadın saxlanılıb.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, Baş Cinayət Axtarış İdarəsi və Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini Şəlalə İsmayılova saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Şəlalə İsmayılova işə düzəltmə, sosial yardım və pensiya təyin etdirmə vədləri ilə ümumilikdə 10 nəfəri aldadaraq onların 30 000 manata yaxın pulunu mənimsəyib. Saxlanılan şəxs əməlini etiraf edib
Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. Şəlalə İsmayılovanın respublikanın digər şəhər və rayonlarında da analoji cinayətlər törətməsi istisna olunmur. Onun əməllərindən zərərçəkən vətəndaşlar DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Mingəçevir Şəhər Polis Şöbəsinə, eləcə də aidiyyəti üzrə ərazi polis orqanlarına müraciət edə bilərlər.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi