Sosial şəbəkələrin müdhiş strategiyası- Müasir köləlik, yoxsa ağır xəstəlik?
Sosial şəbəkələr həyatımızın böyük bir parçasına çevrilib. Rəqəmsal dünya gündəlik həyatı asanlaşdırır və insanları xoşbəxt edir, lakin sosial şəbəkə asıllığı stress və depressiyaya da səbəb ola bilər. Sosial şəbəkələri müasir köləlik hesab edənlər də var. Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da ötən ay verdiyi müsahibələrdən birində bu mövzuya toxunub. Bəs vətəndaşlar özlərini sosial şəbəkələrdən asılı hesab edirlərmi, bu onların hansı işlərinə mane olur? Psixoloq Aygül Məlikova deyir ki, sosial şəbəkələrin faydaları qədər fəsadları da çoxdur. Belə ki, bu asılılıq arxa beyinin passivləşməsinə gətirib çıxarır. Psixoloq həmçinin bildirir ki, sosial mediadan ifrat istifadə vərdişləri insanlarda paranoyaya səbəb ola bilər. Aygül Məlikova onu da qeyd edir ki, daxili problemlərimizi sosial şəbəkələrdə müsbət rəy almaqla ört-basdır etməyə çalışırıq. Elektron Ticarət və İnnovativ Biznes Həlləri üzrə ekspert Nicat Manafov bildirir ki, sosial şəbəkələrin insanları aludə etmək üçün öz strategiyası var və bu təsir uşaqlardan da yan keçmir Sosial şəbəkələrdən asılılığın ən çox yeniyetmə gənclərə təsir etdiyini bildirən sosioloq Elçin Bayramlı bildirir ki, xüsusən də məktəblilərə android telefonlar vermək düzgün deyil. Görünən odur ki, bizi saatlarla ekran başında tutmağa çalışan bu sistemi “müasir köləlik” adlandıranlar haqlıdırlar. Biz sosial medianı yox, sosial media bizi idarə edir. LƏMAN SALEHOVA XƏYAL İSKƏNDƏROV KAMRAN NAMAZOV
OXŞAR XƏBƏRLƏR
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi