Sosial şəbəkə vasitəsilə uyuşdurucu əldə etdi və satarkən TUTULDU
Sosial şəbəkə vasitəsilə uyuşdurucu əldə etdi və satarkən TUTULDU Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Firudin Nəsirov saxlanılıb. APA TV-nin yerli bürosu xəbər verir ki, onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı ayrı-ayrı bükümlərdə ümumilikdə 3 kiloqramdan artıq heroin, 162 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı Firudin Nəsirov həmin narkotik vasitə və psixotrop maddəni sosial şəbəkə vasitəsilə əlaqə yaratdığı xaricdə yaşayan narkotacirdən satışını təşkil etmək üçün əldə etdiyi müəyyən edilib. Astara polisinin keçirdiyi digər əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 3 nəfər rayon sakini saxlanılıb və şəxsi axtarış zamanı onlardan heroin aşkarlanaraq götürülüb. Faktlarla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi