Siyəzəndə narkotik satan şəxslər yaxalandı
Siyəzəndə narkotik satışı ilə məşğul olan şəxslər tutulub.
DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində rayon sakini Elçin Kəlbiyev saxlanılıb. Onun üzərinə baxış zamanı ondan 22 qramdan çox heroin və metamfetamin aşkar olunaraq götürülüb. Elçin Kəlbiyev ifadəsində narkotik maddələri satış məqsədi ilə Xızı rayon sakini Rəsul Qədirovdan 700 manata aldığını bildirib: “Təzə tanış olduğum Rəsul adlı şəxslə qabaqcadan danışıb gedib görüşdüm. 1 qram “şüşə”, 21 qram “kakos” aldım, ümumi 700 manatdan çox elədi. 540 manatını verdim, 200 manatını borclu qalmışdım. Qayıdıb gələndə polis əməkdaşları məni evimizin yaxınlığında tutub gətridilər şöbəyə. Üzərimə baxış zamanı narkotik vasitələr üstümdən çıxdı. Əvvəllər də narkotikə görə tutulmuşam və 2 il 5 ay cəza çəkmişəm”.
Polis əməkdaşları tərəfindən Rəsul Qədirovun yaşadığı ünvan müəyyənləşdirilib və oradan 1 kiloqramdan artıq qurudulmuş marixuana, 1.5 qrama yaxın heroin, eləcə də həyətyanı sahəsindən 34 kiloqramdan artıq çətənə bitkiləri aşkar edilib.
Keçirilən digər bir əməliyyat nəticəsində rayon ərazisində narkotiklərin satışını həyata keçirən “Avtoş Elnur” ləqəbi ilə tanınan Elnur Əliyev də saxlanılıb. Lakin o, məsuliyyətdən azad olmaq üçün üzərində olan narkotik maddəni yerə ataraq qaçmağa çalışıb. Dindirilmə zamanı Elnur Əliyev narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib və onları Şabran rayon sakini Cavid Məmmədovdan əldə etdiyini bildirib.
Polis əməkdaşları Cavid Məmmədovu da saxlayıb və onun evindən bir kiloqramdan artıq qurudulmuş marixuana və 5 qramdan artıq tiryək aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi