Siyəzəndə mikroavtobus aşdı
Siyəzən rayonunda yol nəqliyyat hadisəsi baş verib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, rayonun Zarat kəndi ərazisində mikroavtobus aşıb.
Qəza nəticəsində 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Baş verən yol qəzası ilə əlaqədar Siyəzən Müalicə Diaqnostika Mərkəzinin təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb edilib.
Bu barədə APA-ya TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, hadisə nəticəsində xəsarət alan 10 qadın saat 08:40 radələrində tibb müəssisəsinin Təcili tibbi yardım bölməsinə yerləşdirilib.
“Onların hər biri zəruri müayinələrdən keçirilib. Pasiyentlərdən 8-nin vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.
Digər xəstələrin müalicəsinə tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam edilir”, - məlumatda deyilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Vəli Turan, Rizvan Hacıyev, APA TV
OXŞAR XƏBƏRLƏR
Ağdaşda xurma yığımının qızğın çağıdır
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə