Siyəzəndə ağır qəza: yük maşınları toqquşub
Siyəzəndə ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin şimal bürosu xəbər verir ki, hadisə Bakı-Quba magistralının 106-cı km-də, Siyəzən rayonu ərazisində qeydə alınıb. "Ford" və TIR-ın toqquşması nəticəsində iki nəfər ölüb. Fövqəladə Hallar Nazirliyi (FHN) yol qəzası barədə məlumat yayıb. APA FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonu, Yenikənd kəndi ərazisində “Ford” və "Volvo" markalı iki yük avtomobilinin toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1993-cü il təvəllüdlü Əliyev Etibar İntiqam oğlunun və 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan "Ford" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."