Siyavuş Novruzov: “Hər kəs pullu çimərliklərdən şikayətçidir”
“Yaz sessiyasında Milli Məclisin ayrı-ayrı komitələrində müxtəlif qanun layihələri hazırlanıb, onların bir çoxu plenar iclaslarda müzakirəyə çıxarılaraq qəbul olunub. Məhsuldar işləmişik”.
APA TV-nin xəbərinə görə, parlamentin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov deyir ki, sessiya davam etdiyindən, hələ məzuniyyətə çıxmaq fikri yoxdur.
O ki, qaldı harada dincələcəyinə, “heç yerdə istirahət etməyəcəm. Həm partiya işi ilə əlaqədar, həm də Milli Məclisin işi ilə əlaqədar burdayam. Bakıda olacağam”.
Sosial şəbəkələrdən söz açan həmsöhbətimiz əgər zamanı olarsa, “Facebook”a nəzər saldığını deyir. Amma şikayətçidir: “Dezinformasiyalar çoxdur. Söyüş kampaniyasının əleyhinəyəm. Bu gün Avropada və yaxud digər ölkələrdə oturub Azərbaycan haqqında həqiqətə uyğun olmayan informasiyalar yayır, təhqir edirlər, təhdid edirlər və bəzilərini öldürməklə hədələyirlər”.
Komitə sədri deyir ki, “Facebook” da daxil olmaqla bütün sosial şəbəkələr ünsiyyət və fikir mübadiləsi üçün açıq məkandır. Amma çağırış tribunası deyil: “Dövlət çevrilişinə çağırış edirlər. Silahla hədə-qorxu gəlirlər. Bunlar yolverilməzdir. Bu ünsiyyət vasitəsidir. Şəxsi məqsədlərini həyata keçirmək üçün sosial şəbəkələrdən istifadə yolverilməzdir”.
Siyavuş Novruzov sosial problemlərin bu şəbəkələrdə yer almasını normal qəbul edir. “İndi hər kəs pullu çimərliklərdən şikayətçidir” deyən Siyavuş Novruzov bunu özünəməxsus tərzdə izah edir: “Dünyanın hər yerində çimərliklər iki cür olur. Biri pullu, digəri isə bələdiyyələrin balansında olur ki, təmizlik, abadlıq işlərinə riayət olunsun”.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."