Siyavuş Novruzov: “Ağac əkməyə gələnlərin sayı mitinqlərə gedənlərdən çoxdur”
“Yeni Azərbaycan Partiyası monolit partiyadır”.
APA TV-nin məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Siyavuş Novruzov deyib. O bildirib ki, üzvü olduğu partiya bütün seçkilərə olduğu kimi bu seçkilərə də ciddi yanaşır: “Bu gün bunun bir göstəricisidir. Təkcə YAP çağırışı ilə ağacəkmə kampaniyasına gələn insanların sayı müxalifətin keçirdiyi kütləvi aksiyalarına gələnlərin sayından çoxdur. Bu göstəricidir. Parlament seçkilərinə də biz bu göstəricilərlə gedirik və hesab edirik ki, bu parlament seçkilərində də YAP çox böyük uğur əldə edəcək və qələbə çalacaq”.
YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov deyib ki, artıq namizədlərlə bağlı sənədlər hazırlanır: “YAP sədri İlham Əliyevin Azərbaycanda kifayət qədər yüksək reytinqinin olması bizə inam verir ki, qarşıdan gələn növbədənkənar parlament seçkilərində namizədlərimiz Azərbaycan seçicilərinin böyük əksəriyyətinin rəğbətini və səsini qazana biləcək və YAP Azərbaycan parlamentində yenə çoxluq təşkil edəcək”.
Xatırladaq ki, növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevralın 9-da keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək