Şirvanda yük maşını evə çırpıldı
Şirvanda yük avtomobili yaşayış evinə çırpılıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan - Salyan magistralının Şirvan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
“KamAZ” markalı avtomobili idarə edən Ağcabədi rayonunun Hüsülü kənd sakini, 1984-cü il təvəllüdlü Əliyev Ravil Pərviz oğlu idarəetməni itirdiyindən maşın yoldan çıxıb. Nəticədə yük avtomobili fərdi yaşayış evinə çırpılıb, yaşayış evinin qarşısında dayanan "QAZel" markalı avtomobili aşırıb. Ev təsərrüfatına ciddi ziyan dəyib. Xəsarət alan sürücü Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:25
710
“Bu, minlərlə vətəndaşın taleyidir” – Viktor Yuşşenko
16:29
810
Beynəlxalq səyyahlar Azıx mağarasında olublar
16:25
713
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib
16:59
1152
Ağdaşda xurma yığımının qızğın çağıdır
16:58
1062
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
16:56
962