Şirvanda yolu keçmək istəyən piyadanı maşın vurdu
Şirvanda piyadanı avtomobil vuraraq ağır yaralayıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında Şirvan şəhəri H. Əliyev prospektində qeydə alınıb. “Mercedes” markalı 99 KR 319 dövlət nömrə nişanlı avtomobil yolu keçən Şirvan şəhər sakini, 32 yaşlı Əmənov Rəşad Rafiq oğlunu vurub. Nəticədə piyada ağır kəllə-beyin travması alaraq komatoz vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər xəstənin vəziyyətini kritik qiymətləndirir. Yaralı piyada xəstəxanaya onu vuran sürücü tərəfindən çatdırılıb.
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
11:43
948
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
954
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
979
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1325
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1913
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1932