Şirvanda velosipedçini maşın vurdu

Şirvanda avtomobil velosipedçini vuraraq ağır yaralayıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 00.45 radələrində Şirvan-Salyan şosesində baş verib.

Şirvan sakini Şahin Abasovun idarə etdiyi “Hyundai” markalı 99 ET 915 dövlət nömrə nişanlı avtomobillə qarşısına qəfildən çıxan velosipedçini vurub. Nəticədə velosipedi idarə edən Şirvan sakini, 1968-ci il təvəllüdlü Allahverdi Zakir oğlu Rəcəbov kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR