Şirvanda ticarət obyektlərində yanğın baş verdi
Şirvan şəhərində ticarət obyektlərində yanğın baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən ərzaq mağazasının dam örtüyündə qısa qapanmadan yaranan yanğın tez bir zamanda ona bitişik aptek və məişət avadanlığı satılan mağazanın dam örtüyünə keçib.
Yanğının söndürülməsinə FHN-in Şirvan Yanğından Mühafizə Xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb və digər obyektlərə yayılmasının qarşısı alınıb. Yanğın zamanı 70 kv/m ərazidə dam örtüyü yanıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:20
1172
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1763
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1770
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
18:38
1508
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
17:58
1633
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
1589