Şirvanda sərxoş piyadanı maşın vurub

Şirvanda avtomobil piyadanı vurub.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

 

Şəhər sakini Kazımlı Ramil Qeyrət oğlunun idarə etdiyi “Mercedes” markalı 90 UF 755 dövlət nişanlı avtomobil yolu keçən şəxsi vurub.

Hadisəni törədən sürücü onu komatoz vəziyyətdə xəstəxanaya çatdırıb.

Kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilən şəxsin sərxoş olduğu ortaya çıxıb. Vəziyyəti ağır olduğundan Bakıya göndərilən yaralının kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR