Şirvanda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan iki nəfər saxlanılıb
Şirvanda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan iki nəfər saxlanılıb.Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan APA TV-yə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakinləri Murad Musayev və Şəmsi Məmmədli saxlanılıblar.
Onların üzərinə keçirilən baxış zaman müxtəlif çəkilərdə marixuana aşkar edilərək götürülüb. Bundan əlavə, bu şəxslərin meşəlik ərazidə narkotik tərkibli bitkilər yetişdirdikləri müəyyən edilib. Qeyd edilən ərazidə aparılan araşdırma zamanı oradan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 36 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər