Şirvanda narkotik alverçiləri olan keçmiş məhkumlar saxlanılıb
Şirvan şəhərində polisin keçirdiyi əməliyyat tədbirlər nəticəsində 3 nəfər saxlanılıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, əvvəllər dəfələrlə məhkum olunan Şirvan sakini, 36 yaşlı Aydın Şakir oğlu İsrafilov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış zamanı ondan satış məqsədi üçün nəzərdə tutulan 10 bükümdə 21,753 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. Onun barəsində CM-nin 234.4.3 maddəsi ilə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Digər əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunan Şirvan sakini, 1974-cü il təvəllüdlü Qurbanov Elşən Mecid oğlu istintaqa məlum olmayan mənbədən əldə etdiyi narkotik vasitə olan heroini qardaşı oğlu olan Şirvan sakini, 1990-cı il təvəllüdlü Qurbanov Elmir Əmirhüseyn oğlu ilə qabaqcadan əlbir olaraq birgə gəlir əldə etmək məqsədi ilə Salyan rayonunda satmağa gedərkən Şirvan polisi tərəfindən saxlanılıb. Saxlanılan zaman sonuncunun üzərinə baxış zamanı ondan 55,183 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Hər iki şəxs barəsində Şirvan Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi