Şirvanda məzunları maşınlardan belə uzaq tuturlar
Bu gün respublikanın bütün rayon və şəhərlərində olduğu kimi Şirvanda da son zəng keçirilib. Şəhərdə fəaliyyət göstərən 16 ümumtəhsil məktəbində 664 şagird məzun adını qazanıb. Son zəng günü maşın sürən məzunların qəzalara səbəb olmalarını nəzərə alaraq şəhərin bir neçə ümumtəhsil məktəblərində olduq. Məzunları maşınlardan uzaq saxlamaq, onların təhlükəsizliyinin təmin edilməsi üçün hansı işlər görülməsi ilə maraqlandıq. Müəllimlər qəzaların qarşısının alınması, təhlükəsizliyin təmin edilməsi üçün profilaktik tədbirlərin görüldüyünü, məktəbdə təşkil olunan tədbirlər bitdikdən sonra isə günün qalan hissəsinə görə valideynlərin məsuliyyət daşıdığını bildirirlər. Valideynlər də son zəng günü məzunların ixtiyarına maşın verilməsinə qarşıdırlar. Bildirirlər ki, övladlarına şəxsən nəzarət edirlər. Qeyd edək ki, məktəblərdə tədbirlər davam etdiyi müddətdə tədris ocaqlarının ətrafında polis əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər