Şirvanda körpə doğuşdan sonra ölüb
Şirvan şəhərində bu gün saat 00.30-da yeni doğulan körpə ölüb.
APA Tv-nin Mul-Muğan bürosunun məlumatına görə, Şirvan sakini,1995-ci il təvəllüdlü İsmayılova Gültən Möhübbət qızının dünyaya gətirdiyi qız uşağı doğuşdan sonra ölüb.
Həkimlərin fəaliyyətindən narazı qalan qohumlar hüquq-mühafizə orqanlarına müraciət ediblər. Yeni doğulan körpənin meyiti müayinə olunmaq üçün Şirvan şəhər Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə yerləşdirlib.
Ananın yaxın qohumlarının qeyd etdiyinə görə, hamiləlik dövrü normal keçib və həkimlər tərıfindən dölün normal inkişaf etdiyi bildirilib.
Faktla bağlı Şirvan prokurorluğu tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:21
1282
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
1326
Növbəti köç karvanları yola salınıb
13:38
1339
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
967
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
1095
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
3005