Şirvanda karantin rejiminə riayət etməyənlərə xəbərdarlıq edilib
Polis paytaxtla yanaşı bölgələrdə də, xüsusi karantin rejim qaydalarının pozulması hallarına qarşı tədbirləri davam etdirir.
APA Tv-nin yerli bürosunun verdiyi xəbərə görə, Şirvan şəhərində keçirilən tədbirdə Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri ilə birlikdə şəhər ərazisində yerləşən parkları, eləcə də, məhəllələri gəzərək karantin reyminə əməl etməyən vətəndaşlara xəbərdarlıq ediblər.
Verilən qərarlara, elan edilmiş karantin reyminə baxmayaraq hələ də, qaydalara əməl etməyən sakinlərər rast gəlinib. Polis həmin vətəndaşlara müraciət edərək, onlara karantin rejiminə əməl etmələrini, xüsusi qoruyucu maskalardan istifadə etmələrini bildirib.
Qeyd edək ki, reydlərlə yanaşı polis şöbəsinin əməkdaşları xüsusi avtomobillərlə şəhər ərazisində gəzərək səsgücləndirici vasitələrin köməkliyi ilə insanları karantin rejminə əməl etməyə səsləyib.
Həmçinin şəhər ərazisində yerləşən parklarda insanların toplaşmaması üçün oturacaqlar da götürülüb.
OXŞAR XƏBƏRLƏR
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir