Şirvanda həmyerlilər arasında dava, 3 nəfər bıçaqlandı
Şirvanda bıçaqlanma hadisəsi baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1997-ci il təvəllüdlü Ədalət Qəribov münaqişə zəminində həmyerlisi, 1990-cı il təvəllüdlü Şəhriyar Əhmədovu bıçaqlayıb.
Hadisə yerinə gələn Bəxtiyar Əhmədov isə qardaşının qisasını almaq üçün Ədalət Qəribovu və onun qardaşı, 2001-ci il təvəllüdlü Teymur Qəribovu bıçaqlayıb.
Hər iki qardaş Şirvan şəhər xəstəxanasına çatdırılaraq əməliyyata olunub. Boyun nahiyəsindən yüngül bıçaq xəsarəti alan Şəhriyar Əhmədov isə cərrahiyyə şöbəsində yardım aldıqdan sonra evə buraxılıb.
Bəxtiyar Əhmədovun saxlanılması istiqamətində Şirvan polisi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı cinayət işi açılıb.
OXŞAR XƏBƏRLƏR
17:21
1073
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
1118
Növbəti köç karvanları yola salınıb
13:38
1133
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
944
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
1073
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2983