Şirvanda ər arvadının qulağını kəsdi - QAYINANASININ GÖZÜ ÖNÜNDƏ
Şirvanda ər arvadının qulağını kəsib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə şəhərin Neftçilər küçəsində, 45 ünvanında qeydə alınıb. Gənc ailədə düşən söz-söhbət qan tökülməsi ilə nəticələnib.
Fərid Behbudov arvadını və qayınanasını döyüb. Həyat yoldaşına bıçaq xəsarəti də yetirən keçmiş hərbçi onun bir qulağının yarısını kəsib. Hər iki qadın - 1995-ci il təvəllüdlü Behbudova Güllübəyim Muxtar qızı və anası – 50 yaşlı Musayeva Sitarə Ərşad qızı şəhər xəstəxanasına çatdırılıblar. Vəziyyətləri kafi qiymətləndirilir: “Xəstəxanaya 2 nəfər kəsici alətlərlə kəsilmiş çoxsaylı yara diaqnozu ilə daxil olub. Onlardan biri travma, digəri isə cərrahiyə şöbəsində cərrahi işləmələrdən sonra palatalara yerləşdirilib”.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."