Şirvanda ekoloji fəlakət: “İçdiyimiz suya çirkab suları qarışır”
Şirvan şəhərinin bir hissəsinin çirkab və kanalizasiya suları Kür çayına axıdılır. Kürdə bu mənzərəni Şirvan şəhərinin “köhnə şəhər” adlanan ərazisinin və Çılpaqlı qəsəbəsinin kanalizasiya suları yaradıb. Sakinlər qeyd edirlər ki, uzaq keçmişdə yağış sularını Kür çayına axıtmaq üçün nəzərdə tutulan kanallar vasitəsi ilə indi əhali Kür çayına çirkab sular axıdır. Açıq kanalizasiya xəttindən başqa xətt olmadığından əhali kanalizasiya sularını bu kanallar vasitəsi ilə Kür çayına axıtmaq məcburiyyətində qalırlar. Kanalizasiya sularının tənzimlənməsi və kanalizasiya şəbəkələrinin tikintisinə bilavasitə cavabdeh olan “Azərsu” ASC-nin mətbuat xidmətinə müraciət etdik. Qurumun rəhbəri Anar Cəbrayıllı isə bizə bunları bildirdi. İndi kanalizasiya sularının qarışdığı Kürün suyunu içmək üçün də istifadə edən Şirvan sakinləri vəd olunan tədbirlərin gec olmadan icra olunacağı günü gözləyir. Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi