Şirvanda bu obyektlərin tikintisi niyə başa çatdırılmır?
Demək olar ki, əksər şəhər və rayonlarımızda tikintisi tam başa çatdırılmayan obyektlərə rast gəlirik. Bu yarımçıq tikililər şəhərin memarlıq koloritini pozur, insanların narahatlığına səbəb olur.
Şirvan şəhərinin müxtəlif küçələrindən əbədiyyətə boylanan “müvəqqəti narahatlığa görə üzr istəyirik” yazıları illərdir ki, sakinlərin gözünün kökünü saraldıb.
Şəhərin müxtəlif yerlərində, məktəb və yaşayış binalarının yaxınlığında çox rast gəlinən bu tikililərin heç biri hasara alınmayıb. Sakinlər bildirir ki, əvvəllər hasara alınan tikililərin də indi ətrafı sökülüb. Buna görə də uşaqların bu tikililərdə oynamasına mane olmaq çətin olur. Kimi üçün bura tullantıların atıldığı gizli zibillik, kimisi üçün gözdən iraq sığınacaqdır. Necə deyərlər illərdi bu obyektlərin istisinə qızına bilməyən camaat, tüstüsünə kor olub. belə tikililərin əksəriyyəti narkomanlar üçün sığınacağa çevrilib.
Ekspertlər isə bildirir ki, ölkəmizdə tikinti 3 il müddətində yarımçıq qaldığı təqdirdə onunla bağlı yerli icra orqanı və ya bələdiyyə tərəfindən məhkəməyə müraciət edilməli və obyekt satışa çıxarılmalıdır.
Ekspertlər hesab edir ki, bütün bu problemlərlə bağlı qanunda tələblər sərtləşdirilməlidir.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib