Şirvanda ata qızı tərəfindən qətlə yetirildi
Şirvanda qətl hadisəsi baş verib. Hadisə gecə 3.00 radələrində Şirvan şəhəri, Məmməd Araz küçəsi ev 22-də qeydə alınıb.
APA TV-nin məlumata görə, 1977-ci il təvəllüdlü Mirsəkinə Əkbərova balta ilə atası - 1933-cü il təvəllüdlü Nadir Əkbərovun baş nahiyəsindən bir neçə zərbə vuraraq onu qətlə yetirib.
Mərhumun meyiti Şirvan Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə yerləşdirilib.
Məlumata görə, adıçəkilən ünvanda ruhi xəstə olan bacı və qardaş ataları ilə birgə dözülməz şəraitdə yaşayırmış.
Hüquq-mühafizə orqanlarının əməkdaşları və kriminalistlər tərəfindən qətlin törədildiyi yer müayinə edilib və balta maddi sübut kimi götürülüb.
Qətli törədən şizofreniya və paranoyadan əziyyət çəkən qadının respublika psixiatriya xəstəxanasına dispanserizasiya ediləcəyi bildirilir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi