Şirvan sakininin bağında təsadüf nəticəsində bitən ərəb xurması bar verir
Daima Muğanın narının, heyvasının, üzümünün, qarpızının dadı yeyənləri heyran qoyub. Bu dəfə isə hamını təəccübləndirən Şirvanın təbiətidir. Şirvan sakini Yaqubcan Yaqubov fərdi yaşayış sahəsində 40 ildir ki, palma ağacı yetişdirir. Söhbət qızmar ərəbistan səhralarında bitən xurmadan gedir. Müsahibimiz deyir ki, ağacın həyətdə yetişməsi bir təsadüf nəticəsində baş verib. Ağac artıq 3 ildir ki, 10-15 kiloqram xurma yetirir. Üzərində bir neçə yetişmiş xurma tapsaq da, Şirvandakı hava şəraitində bu ağacın meyvələri tam yetişmir. Adətən ölkəmizin hər yerində palma ağaclarını dekorativ ağac kimi yetişdiririk. Hər palmanın barı da xurma deyil. Amma Yaqubcan Yaqubovun palması xurma gətirir. Özü də toxumu olmayan xurma. Hazırda ağacın hündürlüyü 7 metrdən çoxdur.
Əlibəy Zeynallı
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"