Sinif yoldaşı ilə birləşib bibisinin evindən oğurluq etdi - AĞSTAFADA
Ağstafada bibisinin evindən oğurluq edən şəxs saxlanılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 2 fərdi yaşayış evindən oğurluq edən Sarı Əmirov və sinif yoldaşı Vüsal Böyükkişiyev yaxalanıb.
İstintaq zamanı məlum olub ki, onlar qabaqcadan əlbir olaraq, Sarı Əmirovun bibisinə məxsus fərdi yaşayış evindən 3000 manat dəyərində müxtəlif növ məişət əşyalarını və 7000 manat dəyərində müxtəlif qızıl-zinət əşyalarını oğurlayıblar.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində həmin şəxslərin rayonun Dağ Kəsəmən kəndində digər bir evdən də müxtəlif məişət əşyalarını oğurladıqları məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV
OXŞAR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar