Şimal-qərb bölgəsinə qar yağıb, yollar buz bağlayıb
Şimal-qərb bölgəsinə güclü qar yağıb, yollar buz bağlayıb.
APA TV-nin məlumatına görə, ötən gecədən yağmağa başlayan qar havanın temperaturunun dəyişməsinə də səbəb olub.
Belə ki, bölgədə havanın temperaturu mənfi 4-12 dərəcə arasında dəyişir. Qax rayon mərkəzində qarın qalınlığı 20, rayonun dağ kəndlərində 40, Zaqatalanın mərkəzində 12, dağətəyi kəndlərdə isə 25 sm-dən yuxarıdır.
Zaqatalada şaxtalı hava şəraitinə görə bir çox yollar buz bağlayıb, avtomobillərin gediş-gəlişində problem yaranıb.
Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bölgədə elektrik enerjisinin və təbii qazın verilməsində problem yoxdur.
Hazırda bölgədə qarın yağması davam edir.
OXŞAR XƏBƏRLƏR
19:48
402
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
399
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
375
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
307
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
305
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
312