Silsilə oğurluqlar edən keçmiş məhkum tutuldu - GƏNCƏDƏ
Gəncədə silsilə oğurluq hadisələri törədən şəxs saxlanılıb.
DİN mətbuat xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 27 yaşlı Naib Əliyev tutulub.
DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov deyir ki, onun bu ay ərzində, müxtəlif vaxtlarda şəhər ərazisində vətəndaşlara məxsus avtomobillərdən, nəğd pul və mobil telefon oğurladığı müəyyən edilib: “Məlum olub ki, Gəncə şəhər sakini əvvəllər məhkum olunmuş Naib Əliyev şəhər sakininə məxsus avtomobilə qeyri-qanuni yolla daxil olaraq, oradan içərisində 3354 manat olan pulqabını oğurlayıb”.
Saxlanılan Naib Əliyev etdiyi oğurluq əməlini belə xatırlayır: “Mərkəzi küçədə piyada gedirdim. Gördüm gül mağazasının qabağında bir maşın dayandı. İçərisindən qadınlar düşdü, gül almağa getdi. Yaxınlaşıb pəncərədən gördüm maşında zaryatkada “A-51” var. Götürüb getdim, tanımadığım şəxsə 140 manata satdım”.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV
OXŞAR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?