Silahlı şəxslərə qarşı əməliyyat keçirildi
Evində qanunsuz silah-sursat gizlədən və üzərində tapança gəzdirən şəxs tutulub.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Belə ki, Baş İdarəyə əvvəllər məhkum olunmuş Bərdə rayon sakini Xəyyam Musazadənin yaşadığı evdə qanunsuz olaraq silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs rayon ərazisində tutulub. Onun Bərdə rayonu Şorəlli kəndində yaşadığı evə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus 1 ədəd daraq və 3 ədəd patron aşkar olunaraq götürülüb.
Həyata keçirilən daha bir tədbir zamanı isə Şamaxı rayon sakini Amil Tağıyev üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilindiyi üçün Bakı-Şamaxı yolunun 16-ci kilometrliyində saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd sandıqça və 5 ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"