Səudiyyə vuruldu: neft zavodları yanır - İRAN İTTİHAM OLUNUR
Səudiyyə Ərəbistanında dövlətə məxsus neft emalı zavodunda güclü yanğın başlayıb.
APA TV-nin “Reuters”ə istinadən məlumata görə, hadisə Abkayk bölgəsində - “ARAMCO” şirkətinə məxsus müəssisədə qeydə alınıb. Yanğının havadan dron hücumu nəticəsində meydana gəldiyi bildirilir. Rəsmi Ər-Riyad ərazinin nəzarətə götürüldüyünü, yanğına qarşı tədbirlərin başladığını bildirsə də, alovun gücləndiyi müşahidə olunur.
Hava hücumunun bu gecə təşkil olunduğu açıqlanıb. İtkilər barədə məlumat verilmir.
Yaxınlıqda yaşayan sakinlər həyəcan içindədir.
Dronların eyni anda ölkənin Xurays bölgəsində fəaliyyət göstərən neft zavoduna da hücum etdiyi iddia olunur.
Krallıq mediası hücumu İranın dəstəklədiyi şiə qruplaşmalarının həyata keçirdiyini iddia edir. Lakin baş verən hadisəyə görə hələlik məsuliyyəti üzərinə götürən yoxdur.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."