Sərxoş sürücü qəza törədib, bir nəfər ağır yaralanıb - BAKIDA
Şər vaxtı paytaxtın Nərimanov rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.
APA TV xəbər verir ki, Heydər Əliyev prospektində yüksək sürətlə “Volsfagen” markalı avtomobili idarə edən Təbriz Cəfərli nəqliyyat vasitəsini yol ayrıcı səkiyə çırpıb. Zərbə o qədər güclü olub ki, avtomobildə olan sərnişin yan şüşədən çıxaraq divara çırpılıb. Sərnişin ağır xəsarət alaraq bir saylı şəhər xəstəxanasına aparılıb
Qəza nəticəsində avtomobil yararsız hala düşüb. Zərbənin gücündən avtomobildən yola yanacaq dağılıb və nəqliyyat vasitəsinin təkəri qırılıaraq yola düşüb. Təhlükəsizlik məqsədilə əraziyə Fövqəlada Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Yolda olan benzin yuyulub. Sürücü Təbriz Cəfərli isə Nərimanov rayon dövlət yol polis şöbəsinin əməkdaşları tərəfindən sərxoşluğun yoxlanılması məntəqəsinə aparılıb.
Lakin o spirtli içkinin təsirində olduğundan məntəqə və polis əməkdaşlarına müqavimət göstərib. Sürücü məsuliyyətdən yayınmaq üçün ərazidən qaçmağa çalışıb. Onun bu niyyətinin qarşısını polislər alıb.
Məntəqənin həkim briqadası sürücünün sərxoş olduğunu təsdiqləyib.
Hadisəni törədən sürücü inzibati məsuliyyətə cəlb edilib.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək