Sərxoş olub maşın qaçırdı - MİNGƏÇEVİRDƏ
Mingəçevirdə maşın oğrusu saxlanılıb. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, şəhər sakini Saleh Rəhimov “VAZ-2106” markalı maşınını saxladığı yerdə tapmadıqda, dərhal Daxili İşlər Nazirliyinin 102 qaynar xətt nömrəsinə müraciət edib. Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən şəhər sakini saxlanılıb. Polis şöbəsinin baş müstəntiqi Elton Kərimovun verdiyi məlumata görə, saxlanılan şəxs 61 yaşlı şəhər sakini Damət Həsənovdur. Damət Həsənov ilkin ifadəsində törətdiyi əməli etiraf edib, bunu içkili vəziyyətdə həyata keçirdiyini bildirib. Faktla bağlı araşdırmalar davam edir.
OXŞAR XƏBƏRLƏR
19:50
907
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
967
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
912
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
19:09
976
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
980
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
977