Sərhədi pozan şəxslər hərbçilərə atəş açdı – YARALILAR VAR
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin “Kələdəhnə” sahil nəzarəti bölməsinin xidməti ərazisində içərisində 2 nəfərin olduğu “Mitsubishi “Pajero” markalı avtomobil əraziyə yaxınlaşıb. Maşında olanlardan birinin kolluqda gizlədilmiş 1 ədəd kisəni götürməsi sərhəd naryadının diqqətini cəlb edib.
DSX-dən APA TV-yə verilən xəbərə görə, sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şübhəli şəxslər ərazidən uzaqlaşmağa cəhd edərkən saxlanılıblar. Onların Astara rayon sakinləri 1978-ci il təvəllüdlü Qurban Ağayev və Gülşən Ağayeva olduqları müəyyənləşdirilib. Saxlanılan zaman əvvəllər də məhkum olunmuş Qurban Ağayev üzərində olan travmatik tapançadan bir neçə dəfə atəş açaraq sərhəd naryadının iki üzvünə yüngül xəsarət yetirib. Ərazidə xidmət aparan naryad tərəfindən havaya xəbərdarlıq atəşi açıldıqdan sonra dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilib, hərbi qulluqçular şücaət və yüksək peşəkarlıq göstərərək cinayətkarı saxlayıblar.
Hadisə yerindən götürülmüş kisədən 16 kq 965 qr narkotik vasitə aşkar olunaraq götürülüb.
Qurban Ağayevin evindən isə 1 kq 100 qr marixuanaya bənzər narkotik vasitə aşkar edilərək götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
15 iyun - Milli Qurtuluş Günü: Azərbaycanın taleyini dəyişən ZƏFƏR TARİXİ
15 İyun: Xalqın Ümid, Dövlətin Xilas Günü
Azadlığından sonra Ağdam və Füzulidə ilk dəfə son zəng çalınıb
Bakıda 45 nömrəli məktəb məzunlarını yola saldı - Sonuncu zəng çalındı
Elm və Təhsil Naziri Gəncədə “Son Zəng” tədbirində iştirak edib