Sərhəd zastavasında 100 kiloqrama yaxın narkotik aşkarlandı
Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar dəstənin üzvləri saxlanılıblar.
DSX-dan APA TV-yə verilən xəbərə görə, ötən gün Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhədboyu zolağa baxış zamanı gizlədilmiş 4 bağlama aşkar olunub.
Dərhal bağlamaların aşkar olunduğu ərazi tam qapadılıb, mümkün hərəkət marşrutları nəzarətə götürülüb. Saat 20:00 radələrində əraziyə gəlməklə bağlamaları götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən 4 nəfər şəxs sərhəd naryadları tərəfindən saxlanılıb.
Tutulmuş şəxslərin işğaldan azad olunmuş sərhədyanı ərazilərin minalardan təmizlənilməsi tapşırığını yerinə yetirən Dövlət Sərhəd Xidmətinin müddətdən artıq hərbi qulluqçuları olmaları müəyyən edilib. Fakt üzrə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində cinayətin təşkilatçısı olan Bərdə rayon sakini 1998-ci il təvəllüdlü Xəlili Hikmət Həsən oğlu saxlanılıb.
Hadisə yerində götürülmüş bağlamalarda ümumi çəkisi 95 kq 700 qram olan narkotik vasitəyə bənzər maddələrin olması müəyyənləşdirilib.
Zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."