Sərhəd zastavası “Silaha” komandası ilə qaldırıldı
İranla sərhəddən külli miqdarda narkotik vasitə aşkarlanıb.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, hadisə yanvarın 17-də saat 5 radələrində Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində baş verib. Dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılaraq, ərazi qapadılıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 6:15-də ərazidə “Toyota Prius” markalı 77-FR-329 dövlət qeydiyyat nişanlı avtomobildə üç nəfər şübhəli şəxs hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıblar.
Saxlanılan şəxslərin Azərbaycan vətəndaşları 43 yaşlı Hacıyev Bəxtiyar İbrahim oğlu, 39 yaşlı Məmmədov Elvin Cəbrayıl oğlu və 37 yaşlı Hüseyinov Vüsal Zaman oğlu olmaları və əraziyə narkotik vasitələrin götürülməsi məqsədilə gəldikləri müəyyən edilib.
Avtomobilə baxış zamanı ümumi çəkisi 24 kq 300 qram narkotik vasitəyə bənzər maddə (“marixuana”), 290 ədəd psixotrop həb (“metadon M-40”), bir ədəd ampulada civəyə bənzər maye və spirtli içkilər aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb