Sergey Şoyqu 12 gündür niyə görünmür? - QƏRİBƏ İDDİA
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov iddia edib ki, Rusiya Prezidenti Vladimir Putinin ətrafındakı şəxslər arasında fikir ayrılıqları yaranıb.
Bu barədə UNİAN xəbər yayıb.
Danilov bildirib ki, müdafiə naziri Sergey Şoyqu da belələrindəndir.
Sitat:
“Bir çox general artıq Putinlə əlaqə saxlamır, bir çoxu dəyişdirilib. Onlar düşünürlər ki, yeni qüvvələrlə nəyisə dəyişə bilərlər”.
Qeyd edək ki, martın 23-də rusiyalı araşdırmaçı jurnalistlər Rusiyanın müdafiə naziri Sergey Şoyqunun informasiya məkanından yoxa çıxmasına diqqət çəkib. Bildirilib ki, nazir, 11 gündür ictimaiyyət qarşısına çıxmayıb.
Həmçinin Şoyquda ürək xəstəliyi olduğu da iddia edilib.
Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Şoyqunun yoxa çıxmasını maraqlı adlandırıb və Rusiyanın daha bir neçə əsas siyasi xadiminin informasiya məkanından yoxa çıxdığını qeyd edib.
OXŞAR XƏBƏRLƏR
Aqrar sahənin inkişafı məsələləri müzakirə edilib, təkliflər səsləndirilib
İsmayıllıda Dağlıq Şirvan iqtisadi zonasının inkişaf perspektivləri müzakirə edilib
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir