Sergey Lavrov: "Paşinyan vədlərinə əməl etmir"
"Ermənistanda baş verən hadisələr ölkənin yeni rəhbərliyinin sələflərinin təqib edilməyəcəyinə dair vədlərinə ziddir".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib:
"İrəvanın müttəfiqi olan Rusiya erməni dövlətinin stabilliyində həmişə maraqlı olub və bu baxımdan orada baş verənlər bizi narahat etməyə bilməz. Bu həm də Ermənistanın MDB məkanında təmsil olunduğu təşkilatların normal işinin təminatı nöqteyi-nəzərindən də çox vacibdir. Son günlər ərzində biz narahatlığımızı bir neçə dəfə Ermənistan rəhbərliyinə bildirmişik. Vəziyyətin konstruktiv məcrada inkişaf edəcəyinə ümid edirik".
Qeyd edək ki, İrəvan şəhər məhkəməsi sabiq prezident Robert Koçaryan barəsində iki ay müddətinə həbs qərarı çıxarıb. Ona "qabaqcadan bir qrup şəxslə əlbir olaraq Konstitusiya quruluşunu devirmək" ittihamı elan edilib. O, 2008-ci ildə prezident seçkilərindən sonra İrəvanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunur. Həmin hadisələr nəticəsində 10 nəfər ölmüşdü.
Bundan əvvəl isə Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyana qarşı da eyni ittiham irəli sürülərək barəsində axtarış elan edilib.
Ermənistan Xüsusi İstintaq Xidməti Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) baş katibi Yuri Xaçaturovu da 2008-ci il 1 mart aksiyalarının dağıdılması ilə bağlı cinayət məsuliyyətinə cəlb edib. Daha sonra onun zaminə buraxılması barədə qərar verilib.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."