"Sepah" Ərbili əslində niyə vurubmuş? - YENİ DETALLAR
"Sepah"ın bir müddət öncə Ərbil şəhərinə endirdiyi raket zərbələrinin detalları üzə çıxıb.
APA TV xəbər verir ki, bu barədə "Reuters" xəbər agentliyi adını çəkmədiyi İraq rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, "Sepah"ın Ərbilə hücumu Avropaya qaz nəqlinə mane olmaq məqsədilə həyata keçirilib.
Belə ki, İraqın Kürdüstan Muxtariyyəti Türkiyə vasitəsilə Avropaya qaz nəql etməyi planlaşdırır. Layihənin isə İsrailin köməyilə baş tutacağı bildirilir. Lakin "Sepah" bu layihədən narazı qalıb və onun baş tutmasının qarşısını almaq üçün sözügedən hücumu həyata keçirib.
Amma "Sepah" yaydığı bəyanatda İsrailin gizli casusluq mərkəzini vurduğunu iddia etmişdi.
Məlumatda o da qeyd olunub ki, raket zərbələri endirilən boş villa isə enerji sahəsində çalışan bir iş adamına məxsusdur.
Semral Cavad
APA TV
OXŞAR XƏBƏRLƏR
Aqrar sahənin inkişafı məsələləri müzakirə edilib, təkliflər səsləndirilib
İsmayıllıda Dağlıq Şirvan iqtisadi zonasının inkişaf perspektivləri müzakirə edilib
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir