Sentyabrda külək və leysan olacaq - AYLIQ PROQNOZ

Sabah Bakı və Abşeron yarımadasının bəzi yerlərində gündüz havanın əsasən yağmursuz, gecə isə yağıntının intensiv olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyevin sözlərinə görə, mülayim şimal-şərq küləyi əsəcək. Temperatur avqustun 31-i gündüz saatlarında 21-25, sentyabrın 1-i və 2-də isə 24-27 dərəcə isti olacaq. Ümumiyyətlə, ölkə ərazisində nisbətən sərin hava şəraiti sentyabr ayının 4-ü gündüzədək davam edəcək. Belə ki, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Və sentyabrın 1-də yağıntılarda qısamüddətli fasilələr yaransa da sentyabrın 2 və 3-də yenidən leysan xarakterli yağışın yağacağı gözlənilir. Bəzi yerlərdə şərq küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir. Mərkəzi Aran rayonlarında gündüz saatlarında 22-27 dərəcə isti, dağlıq ərazilərdə isə 15-20 dərəcə isti olacağı proqnozlaşdırılır. Sentyabr ayına proqnozlaşdırılan ümumi hava şəraitinə gəlincə, ölkə ərazisində havanın temperaturunun kiçik müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarı isə iqlim normasına yaxın Mərkəzi Aran rayonlarında normadan aşağı olacağı gözlənilir, bəzi şimal və qərb rayonlarında isə normadan bir qədər yüksək olacağı gözlənilir. Eyni zamanda sentyabr ayının 1-ci və 2-ci on günlüklərində hava şəraitinin bir qədər qeyri-sabit keçəcəyi gözlənilir. Temperatura gəldikdə Bakıda və Abşeron yarımadasında havanın temperaturu bəzi günlərdə gündüz 33-36 dərəcə, Mərkəzi Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasının bəzi ərazilərində 34-37 dərəcə isti təşkil edəcəyi gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR