Sənədsiz sürücülər, təhlükə yaradan maşınlar, kəsilən cərimələr - GƏNCƏDƏ REYD
Gəncədə "Təmiz hava" aylığı çərçivəsində reyd keçirilib. APA TV-nin qərb bürosunun məlumatına görə, Dövlət Yol Polisi şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli qurumlarının əməkdaşları şəhərin müxtəlif ərazilərində atmosferi çirkləndirən bir neçə avtomobil aşkar edilib. Avqustda təmiz hava aylığı başlayandan bəri 90-dan çox bu cür avtomobil aşkar edilib. Həmin nəqliyyat vasitələrində havaya buraxılan qazlarda zərərli maddələr normadan artıq olub. Sürücülərə cərimələr kəsilib. Həmçinin sürücülərlə maarifləndirici söhbətlər aparılıb, məlumatlar verilib. Reyd zamanı avtomobilləri sənədsiz idarə edən sürücülər da müəyyən edilib. Eyni zamanda bəzi avtomobillərin konstruksiyasına dəyişikliklər edilməsi faktları ortaya çıxıb ki, bu maşınların sahiblərinə xəbərdarlıq edilib. “Təmiz hava” aylığı altında reydlər davam etdiriləcək.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."