Sənədsiz maşınlar, qanunsuz fəaliyyət, sərxoş sürücülər - POLİS REYDİ
Ağdamda Dövlət Yol Polisinin əməkdaşları reyd keçirib. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, tədbir zamanı bəzi sürücülərin nəqliyyat vasitəsini sənədsiz idarə etdiyi ortaya çıxıb. Bundan əlavə ölkənin müxtəlif şəhər və rayonlarına, eyni zamanda rayondaxili yaşayış məntəqələrinə işləyən mikroavtobus sahiblərinin işlədikləri marşrut üzrə qeyri-qanuni yolla çalışdıqları aşkarlanıb. Saxlanılan sürücülərin çoxu əməlini ört-basdır etməyə çalışdı. Gecə saatlarına kimi davam edən reyd zamanı saxlanılan sürücülər arasında sərxoş olanlar da var idi. Onlardan kameramıza qarşı aqressiya nümayiş etdirənlər də tapıldı: Reyd zamanı saxlanılan və sənədləri olmayan sürücülər cərimələndi, nəqliyyat vasitələri barədə tədbirlər görüldü. Belə tədbirlər rayon ərazisində davam edəcək.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."