Şəmkirdə yük maşını ağaca çırpıldı - 1 YARALI
Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunun rayonun Sarıtəpə kəndindən keçən hissəsində qeydə alınıb.
27 yaşlı Saleh Cəfərov idarə etdiyi “Hyundai” markalı yük maşını ilə üzü Qazax istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq, yol kənarındakı ağaca çırpılıb. Qəzadan sonra sürücü ağır bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün vəziyyəti ağır olduğundan, Gəncədə yerləşən özəl xəstəxanaların birinə aparılıb.
İlkin ehtimala görə, qəzaya səbəb sürücünün sükan arxasında yuxulaması olub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:21
1228
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
1274
Növbəti köç karvanları yola salınıb
13:38
1284
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
957
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
1090
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2998