Şəmkirdə maşın ağaca çırpıldı: sərnişin öldü

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə rayon mərkəzində qeydə alınıb. Rayonun Çaparlı kənd sakini, 21 yaşlı Rəşad Sadıqov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə maşın ağaca çırpılıb. Qəza zamanı avtomobildə olan həmyaşıdı Kazım Seyidov dünyasını dəyişib, sürücü isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR