Şəmkirdə karantin qaydalarını pozan 15 nəfər inzibati həbs olunub
Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidməti davam etdirir.
APA TV xəbər verir ki, sakinlər arasında profilaktik söhbətlər aparılır, gigiyenaya və izolyasiya tədbirlərinə əməl etmək tapşırılır, dezinfeksiyaedici vasitələrdən istifadə tövsiyyə olunur. Eləcə də rayon ərazisində patrul və stasionar postlar təşkil edilərək sürücülərin qaydalara əməl etməsinə nəzarət olunur. Əfsuslar olsun ki, aparılan yoxlamalar zamanı qoyulan tələblərə əməl etməyən, hətta sərxoş halda sərnişindaşıma ilə məşğul olanlara rast gəlinir.
Gün ərzində aparılan yoxlamalar zamanı tələblərə əməl etməyənlərlə yanaşı avtomobillərdə konstruktiv dəyişiklər və digər qadağanedici vasitələr quraşdıran sürücülər də aşkar edilib. Onlar barəsində də qanunamüvafiq tədbirlər görülüb.
Bundan başqa rayon ərazisində pensiya və müavinətlərin verilməsi ilə bağlı bankomatların önündə yarana biləcək sıxlığı nəzərə alaraq nəzarət tədbirləri gücləndirilib, ara məsafəsinin qorunması üçün lazımi tədbirlər yerinə yetirilir.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı