Şəmkirdə “KamAZ” “Mercedes”i vurdu: 2 YARALI
Şəmkirdə 2 nəfərin xəsarət alması ilə nəticələn ağır yol qəzası baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Könüllü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, 23 yaşlı Nazir Namazov idarə etdiyi “KamAZ” markalı yük maşını ilə hərəkətdə olarkən 27 yaşlı Şahbaz Əliyevin idarə etdiyi “Mercedes” markalı minik maşınına arxadan çırpılıb. Qəza nəticəsində “Mercedes”in sürücüsü və onun sərnişini, 27 yaşlı Azər Abdıyev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Hər iki yaralının vəziyyətinin orta ağır olduğu bildirilir. “KamAZ”ın sürücüsü isə qəzadan xəsarətsiz qurtulub. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:50
907
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
967
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
912
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
19:09
976
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
980
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
977