Şəmkirdə kafe və restoranlarda reyd keçirildi – AQTA SAHİBKARLARA XƏBƏRDARLIQ ETDİ
Qida Təhlükəsizliyi Agentliyi kafe və restoranlarda reydlərini davam etdirir.
APA TV-nin yerli bürosunun məlumatına görə, Agentliyin Tovuz Regional bölməsinin əməkdaşları Şəmkirdəki iaşə obyektlərində karantin rejiminin qaydalarına əməl edilib-edilmədiyini yoxlayıblar.
Nəticədə ən pis vəziyyətdə fəaliyyət göstərən obyektlərdən biri Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən Pərvin Məmmədova məxsus kafe olub.
Antisanitar vəziyyətdə olan mətbəxdə masaların üzərindəki alətlər, ət məhsullarının qoyulduğu rəflər natəmiz vəziyyətdə olub, zibil yeşikləri qida məhsullarına yaxın yerdə yerləşdirilib.
Rayonun Dəllər qəsəbəsində yerləşən İlhamə Quliyevaya məxsus kafedə də mənzərə fərqli olmayıb. Bu obyektdə də yeməklərin bişirildiyi mətbəxin divarları aşındığından qidalar üçün təhlükəli olub.
Agentliyin Tovuz regional bölməsi əhatə etdiyi Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarında bu cür neqativ halların qarşısını almaq üçün reydlərini davam etdirir.
Fuad Nazimoğlu
APA TV
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi