Şəmkirdə iki maşın toqquşub, sürücülərdən biri ölüb
Şəmkirdə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun 381-ci km-də qeydə alınıb. Gəncə şəhər sakini, 37 yaşlı Rahib Zeynalovun idarə etdiyi “VAZ-2107” markalı minik maşını ilə Gədəbəy rayon sakini 80 yaşlı Telman Gülməmmədovun idarə etdiyi “Niva” markalı avtomobil toqquşub. Nəticədə Rahib Zeynalov hadisə yerində ölüb. Hər iki maşında olan 4 nəfər sərnişin Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. “Niva”nın sürücüsü 80 yaşlı Telman Gülməmmədov reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, 80 yaşlı kişinin vəziyyəti ağırdır. Digər 3 yaralının xəsarəti yüngül olduğundan, ambulator müalicə olunaraq evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."