Şəmkirdə 17 yaşlı yeniyetmə həmyaşıdı tərəfindən qətlə yetirildi
Şəmkirdə 17 yaşlı Əhliman Tağıyev qətlə yetirilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Şəmkir şəhər Cahangir Rüstəmov adına tam orta məktəbin həyətində baş verib.
Şəmkir rayon Prokurorluğundan verilən məlumata görə, aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 2003-cü il təvəllüdlü Rəvan Hüseynov tərəfindən öldürülməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Rəvan Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV
OXŞAR XƏBƏRLƏR
17:58
402
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
415
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
17:18
423
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
13:54
2184
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
2126
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
19:45
3249