Şəmkir və Lənkəranda brakonyerlər tutuldu
Şəmkirdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.
APA TV-nin məlumatına görə, Nəbiyev Eldəniz Bəhram oğlu Kür çayı ərazisində yaxalanıb.
Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının saxladığı şəxsdən gərginlik artıran cihaz və rezin qayıq götürülüb. E.Nəbiyev əməlindən peşman olduğunu bildirib.
Qızılağac Dövlət Qoruq ərazisində keçirilən əməliyyat zamanı isə Qırmızı kitaba düşmüş ördəklərin ovlayan Masallı rayonunun Öncəqala kənd sakini Nizami Şirəliyev saxlanılıb. Ondan sənədsiz silah götürülüb, üstəlik ovla məşğul olmaq üçün sənədi də yoxdur.
Davam etdirilən reydlər əsasən balıq yetişdirilən qanunsuz süni göllər və vətəgələr, su hövzələrini, balıqların antisanitar qaydada hisə verildiyi məkanları aşkar etmək, balıqların elektrik naqili ilə kütləvi məhv edilməsinin qarşısının alınması, qanunsuz körpülərin salınması, qanunsuz şəkildə saxta qara kürülərin satışı, göllərdə dərmanlarla qidalandırılaraq süni şəkildə böyüdülən balıqların iaşə obyektlərində satışının və istifadəsinin qarşısının alınması məqsədilə aparılır.
Bundan başqa dəniz kənarında yerləşən restoranlardan dənizə çirkli suların axıdılması, dəniz qumunun və balıq qulaqlarının oğurlanması faktları ilə də mübarizə aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək