Sel yolları dağıtdı, sakinlər selin gətirdiyi daşları əl arabaları ilə yığdı
Lahıcda sel bir sıra fəsadlar törədib. Evləri, tövlələri turizm-istirahət obyektlərini, mağazaları sel basıb, ağaclar, ekektrik və rabitə dirəkləri aşıb, qaz borusu qırılıb, əhali qazsız və işıqsız qalıb. Sel səbəbindən yolları qalın lil qatı örtüb, nəqliyyatın hərəkəti mümkün olmayıb. Sakinlər və aidiyyəti qurumların əməkdaşları qəsəbənin küçələrindən selin gətirdiyi daşları əl arabaları ilə yığıb. Sakinləri bildirir ki, bir sıra evlərə zərər dəyib. İsmayıllı RİH başçısının Lahıc qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Əlizadə bildirib ki, sel nəticəsində qəsəbəyə girişdə məhdudiyyət yaranıb, evlərin zirzəmiləri suya qərq olub. Qeyd edək ki, qəsəbə ərazisində yağış səhər saatlarına kimi davam edib. Hazırda yağmurlu hava müşahidə olunmasa da çaylarda bolsululuq hələ də qalmaqdadır. İlham Əhmədov, Taleh İbrahimov, APA TV
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi