Sel Goranboyda fəsadlar törədib
Sel Goranboyun Aşağı Ağcakənd qəsəbəsində fəsadlar törədib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə ötən gecə qeydə alınıb.
Gecə saatlarından yağmağa başlayan leysan yağışlar nəticəsində rayonun Aşağı Ağcakənd qəsəbəsində evləri və həyətyanı sahələri sel basıb.
Aşağı Ağcakənd qəsəbə icra nümayəndəsi Zöhrab Vəliyev bildirib ki, bu, qəsəbədə son bir ayda ikinci təbii fəlakətdir. "Bundan əvvəl də leysan yağışlar nəticəsində qəsəbədə bir neçə evi su basmışdı. İndi də seldən 3-4 təsərrüfat ciddi ziyan çəkib. Artıq aidiyyəti qurumlar məlumatlandırılıb və zəruri addımlar atılacaq”.
OXŞAR XƏBƏRLƏR
11:43
626
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
626
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
651
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1293
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1879
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1893